AZ

Yaşar Gülər PKK, PYD, YPG və SDQ yə silahı yerə qoymağı tələb edib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

PKK və onunla əlaqəli bütün qruplar ləğv qərarı çərçivəsində Suriya daxil olmaqla, olduqları bütün bölgələrdə dərhal bütün terror fəaliyyətlərinə son qoymalı və şərtsiz olaraq silahlarını təslim etməlidirlər.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirlkdə təşkil edilən "Medal Təqdimetmə, Uğurlu Birlik və Personalın Mükafatlandırılması Mərasimi"ndə bildirib.

Onun sözlərinə görə, başda PKK, PYD, YPG və Suriya Demokratik Qüvvələri (SDQ) olmaqla heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək.

"Prezidentimizin liderliyi altında "Terrorsuz Türkiyə" prosesi başlayıb və bu prosesin uğurla davam etdirilməsini arzulayırıq" , - nazir vurğulayıb.

https://x.com/tcsavunma/status/2008564999644684728?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2008564999644684728%7Ctwgr%5E680bb0bd7e7e9082a6779240a037cbf31aad4dc6%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Fyasar-guler-pkk-pyd-ypg-ve-sdq-ye-silahi-yere-qoymagi-teleb-edibhttps://x.com/tcsavunma/status/2008564999644684728?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2008564999644684728%7Ctwgr%5E680bb0bd7e7e9082a6779240a037cbf31aad4dc6%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Fyasar-guler-pkk-pyd-ypg-ve-sdq-ye-silahi-yere-qoymagi-teleb-edib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
135
6
azpolitika.info

8Mənbələr