AZ

"Milan" Balkanlara üz tutdu, rədd cavabı aldı

style='margin-bottom:10px;'>

"Milan" klubu Balkan bölgəsindəki gənc oyunçuları yaxından izləyir. Bu fonda klubun növbəti hədəfi Serbiyanın "Partizan" komandasında çıxış edən Andrey Kostiç olub.

QOL.az xəbər verir ki, İtaliya təmsilçisi 18 yaşlı hücumçu üçün rəsmi təklif göndərib.

Məlumata görə, "Milan" Kostiç üçün qarşı tərəfə 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Lakin Belqrad klubu bu məbləği qənaətbəxş hesab etməyərək təklifi geri çevirib. Hazırda Milan rəhbərliyi ya təklif olunan məbləği artırmaq, ya da alternativ variantlara yönəlmək barədə düşünür.

Maraqlı məqam ondan ibarətdir ki, gənc futbolçunun meneceri Darko Ristiçdir. O, həm də adı tez-tez "Milan"la hallanan tanınmış hücumçu Duşan Vlahoviçin də meneceridir.

Seçilən
80
1
teleqraf.com

2Mənbələr