İngiltərə Premyer Liqa təmsilçisi “Mançester Siti”nin heyətində növbəti ciddi itki qeydə alınıb.
Apasport.az xəbər verir ki, Yoşko Qvardioldan sonra komandanın digər mərkəz müdafiəçisi Ruben Diaş da sıradan çıxıb.
Bu barədə “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola məlumat verib.
Portuqaliyalı futbolçu ayaq əzələsindən zədə alıb. 28 yaşlı müdafiəçi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm “Siti”nin heyətində meydana çıxdığı 25 rəsmi oyunda 2 qol vurub.
Mert Günok "Beşiktaş"dan ayrıldı - Rəsmi
Premyer Liqa klubunun müdafiəçisi zədələnib
"Bornmut"un futbolçusu "Siti"yə keçir
"Çelsi"nin yeni baş məşqçisi bəlli olub - Rəsmi
“Mançester Siti”nin 20 yaşlı futbolçusu Bundesliqada