ABŞ, o cümlədən müttəfiqləri üçün silah istehsalını sürətləndirmək niyyətindədir. Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
"Biz onları daha sürətli istehsal etməyə başlayacağıq. Biz [Amerika hərbi-sənaye kompleksi] şirkətlərinə qarşı sərt davranacağıq", - deyə amerikalı lider ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Qrupunda çıxış edərkən və silah istehsalının tempi barədə şərh verərkən bildirib.
"Dünyanın ən yaxşı silahlarına sahibik. Lakin onların, o cümlədən müttəfiqlərimizə çatdırılması çox uzun çəkir", - deyə Amerika lideri bildirib. "Biz hərbi-sənaye kompleksindəki podratçılara məhsul istehsalını daha sürətli başlamağı tapşırırıq", - deyə Tramp qeyd edib.