AZ

Dubaydakı dəbdəbəli toyu Razi Nurullayevin qardaşı edibmiş - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova və aparıcı Nanə Ağamalıyeva Dubayda baş tutan dəbdəbəli toyda səhnəyə çıxıb.

Bizim.Media xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib.
 

Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib. Məsələyə münasibət öyrənmək üçün “Qafqazinfo”nun əməkdaşları deputat Razi Nurullayev ilə əlaqə saxlayıb.


O, sözügedən görüntülərlə bağlı “Allah mübarək eləsin!” deməklə kifayətlənib. Deputat özünün mərasimdə iştirak edib-etməməsi barədə sualı isə cavabsız qoyub.


Bizim.Media

Seçilən
88
bizim.media

1Mənbələr