Bakı. Trend:
2026-cı ilin əvvəli bizə Qarabağ qələbəmizi emosiyalar və yamövcud siyasi şərait kontekstində deyil, tarixi nəticələrkontekstində görməyə imkan verir. Bu, sadəcə hərbi uğur və ya ərazibütövlüyünün bərpası deyil, siyasi, diplomatik və beynəlxalqsəviyyədə tanınmış nəticələrlə əldə edilən nadir bir mütləq və tamqələbə nümunəsidir.
Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycanteleviziya kanallarına müsahibəsində birbaşa danışıb. Dövlətbaşçısı 2025-ci ilin yekunlarına nəzər salaraq qeyd edib ki, ötənil siyasi baxımdan Ermənistanla Azərbaycan arasındakı müharibəyəqəti şəkildə son qoyulub.
"Artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülhşəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillikəldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı vədövləti müharibə şəraitində yaşamışdır", - dövlət başçısı qeydedib.
Burada əsas məqam təkcə atəşin dayandırılması faktı deyil, əldəolunan nəticənin tamlığıdır. İkinci Qarabağ müharibəsi, onunardınca həyata keçirilən antiterror əməliyyatı və 2025-ci ildəqəbul edilən siyasi qərarlar vahid, məntiqi baxımdan tamamlanmışbir zəncir təşkil edir. Döyüş meydanında qazanılan qələbə siyasimüstəvidə möhkəmləndirildi - dövlət başçısının vurğuladığı kimi,"dünya miqyasında bir nömrəli ofis", bu isə müstəqil Azərbaycantarixində ən mühüm hadisələrdən birinə çevrildi.
Bu hərtərəfli nəticə Qarabağ məsələsini XX-ci əsrin ikinciyarısı və XXI-ci əsrin əvvəllərindəki əksər münaqişələrdənfundamental olaraq fərqləndirir. İkinci Dünya Müharibəsindən bəribeynəlxalq sistem dəfələrlə hərbi üstünlüyün və ərazi nəzarətininbelə münaqişənin nəticəsinin beynəlxalq səviyyədə tanınmasınagətirib çıxarmadığı hallarla qarşılaşıb. Koreya müharibəsi sülhmüqaviləsi ilə deyil, atəşkəslə başa çatdı, yarımadanın bölünməsiniqorudu və dünyanın ən təhlükəli çat xətlərindən birini yaratdı.Kipr münaqişəsi onilliklər boyu beynəlxalq hüquqi tanınmadankənarda qalan və Şərqi Aralıq dənizində xroniki qeyri-sabitlikyaradan faktiki reallığın formalaşmasına səbəb oldu.Fələstin-İsrail münaqişəsi, hərbi və siyasi mərhələlərinəbaxmayaraq, heç vaxt qəti şəkildə həll olunmayıb və regionalböhranların daimi mənbəyinə çevrilib. Müasir tarixdə BalkanlardanAfrikaya qədər bu cür nümunələr az deyil.
Bu münaqişələrin ortaq xüsusiyyəti onların tamamlanmamış qalmasıidi: ya hərbi nəticə tanınmayıb, ya siyasi həll real güc balansınauyğun olmayıb, ya da xarici aktorlar yekun nizamlanma əvəzinə“idarə olunan qeyri-müəyyənliyi” qoruyub saxlamağa üstünlükveriblər. Bu isə dondurulmuş münaqişələrə, paralel legitimliklərə,daim mövcud olan eskalasiya risklərinə və nəticə etibarilə bütövregionların əhalisinin illərlə davam edən əzab-əziyyətə səbəbolub.
Bu fonda Qarabağ qələbəsi müstəsna görünür. Azərbaycan nəinkiəraziləri üzərində nəzarəti bərpa etdi, həm də aparıcı dövlətlər vəbeynəlxalq qurumlar da daxil olmaqla beynəlxalq ictimaiyyəttərəfindən yeni reallığın tanınmasına nail oldu. Azərbaycanın azadedilmiş ərazilər üzərində suverenliyi bu gün əsas qlobal oyunçular- ABŞ, Avropa İttifaqı və onun aparıcı dövlətləri, Rusiya, Çin,eləcə də regional güc mərkəzləri tərəfindən qeyd-şərtsiz tanınır.Bu konsensus fundamentaldır: o, Qarabağdakı qələbəmizi hərbinəticənin mübahisəli və ya tanınmamış qaldığı müharibədən sonrakıəksər münaqişələrdən fərqləndirir.
Prezidentin eyni müsahibədə xatırlatdığı kimi, hətta ATƏT-in MinskQrupunun fəaliyyəti dövründə belə, Azərbaycana BMT TəhlükəsizlikŞurasının qətnamələrinə və beynəlxalq hüquqa məhəl qoymadan"yerdəki reallıqları qəbul etmək" israrla tövsiyə olunurdu.
"Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq vəbeynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentlərim isə yenədə qəti səssizlik ilə qarşılanırdı. Beləliklə, “yerdəki reallıqlar”məsələsi ortaya qoyulmuşdu. Mən də dedim: yaxşı, onda biz bureallıqları dəyişəcəyik", - dövlət başçısı bildirib.
Bu tarixdə xüsusi əhəmiyyət kəsb edən məsələ beynəlxalq hüququnrolunun yenidən qiymətləndirilməsidir. Prezident Əliyevmüsahibəsində mövcud sistemi kifayət qədər sərt şəkildə köhnəlmişvə müasir çağırışlara adekvat cavab verə bilməyən kimi xarakterizəedib. Qətnamələr, prinsiplər və bəyanatlar onilliklər ərzindəAzərbaycanın xeyrinə işləməyib, ərazi bütövlüyü və BMTTəhlükəsizlik Şurasının qərarlarına edilən müraciətlər isə, onunsözlərinə görə, "sükut divarı" ilə qarşılaşıb. Bundan başqa, “özmüqəddəratını təyinetmə” anlayışı çox vaxt aqressiv separatizmihaqqlandırmaq üçün vasitə kimi istifadə olunub və bu, beynəlxalqhüququn əsas normalarına zidd olub.
Məhz bu kontekstdə "yerdəki reallıqlar" ifadəsi Azərbaycan üçünkökündən fərqli bir məna kəsb etdi. Əvvəllər Bakıya qanunitələblərinə qarşı arqument kimi tətbiq edilən şey ədalətin bərpasıüçün bir vasitəyə çevrildi.
Prezident İlham Əliyev reallığı dəyişdirdi - və bununla dadünyanı bunu etiraf etməyə məcbur etdi.
Əldə olunan sülhün daxili təsiri də heç də az əhəmiyyət kəsbetmir. Dövlət başçısının sözlərinə görə, sülhün ilk bir neçə ayıartıq konkret nəticələr verib - sabitliyə və təhlükəsizliyə inamartıb, ictimai əhval-ruhiyyə müsbətləşib və iqtisadi imkanlargenişlənib. Bu, tam qələbə ilə "yarımçıq qələbələr" arasındakıdigər bir fərqdir: burada sülh deklarativ deyil, praktikdir vədövlətin inkişafı və cəmiyyətin rifahına xidemət edir.
Nəticə etibarilə, Qarabağ qələbəsi sülhün yalnız güclülər üçünmümkün olduğunu və uzun sürən münaqişələrə məsuliyyətlə istifadəedilən və siyasi nəticəyə gətirilən güc vasitəsilə son qoyulabiləcəyini göstərir. İkinci Dünya Müharibəsindən sonra bu qədərmüharibənin yarımçıq qaldığı bir dünyada Azərbaycanın təcrübəsinadir, lakin aşkar bir presedent kimi diqqət çəkir. Prezident İlhamƏliyevin qazandığı qələbənin tarixi əhəmiyyəti də məhz bundadır -bu, yalnız Azərbaycan üçün deyil, həm də müasir beynəlxalqmünasibətlər sisteminin bütövlüyü üçün önəmlidir.