AZ

Qazaxıstanda 2026-cı il "Rəqəmsallaşma və Süni İntellekt İli" elan olundu



Prezident 2026-cı ilin Rəqəmsallaşma və Süni İntellekt İli elan edilməsi haqqında fərman imzalayıb, Akordanın rəsmi saytı xəbər verir.
Fərmanın məqsədi rəqəmsallaşmanı və süni intellektin kütləvi tətbiqini daha da inkişaf etdirməkdir.
"2026-cı il Rəqəmsallaşma və Süni İntellekt İli elan edilsin. Qazaxıstan Respublikası Hökuməti Rəqəmsallaşma və Süni İntellekt İlinin keçirilməsi üçün lazımi tədbirləri görməlidir", - sənəddə deyilir.
Dövlət başçısı fərmanın icrasına nəzarəti Prezident Administrasiyasına həvalə edib. Fərman imzalandığı tarixdən qüvvəyə minəcək.
Seçilən
49
1
newscenter.az

2Mənbələr