AZ

Qatar: Qəzzaya yardım çatdırılması danışıqlarda siyasi şantaj kimi istifadə edilə bilməz



Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Qəzzaya humanitar yardımın daxil olması atəşkəsin ikinci mərhələsinə keçmək üçün danışıqlarda şantaj kimi istifadə olunur.Ənsari Qətərin paytaxtı Dohada keçirilən mətbuat konfransında Türkiyə, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında Qəzzada davam edən atəşkəs danışıqları ilə bağlı açıqlamalar verib.
Ənsari Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılması və bölgəyə humanitar yardım çatdırılması üçün intensiv təmasların aparıldığını bildirib və Qəzzaya yardım maşınlarının girişinin qarşısının alınması ilə bağlı deyib: "Biz İsrailə dəfələrlə vurğulamışıq ki, humanitar yardım danışıqlarda siyasi şantaj vasitəsi kimi istifadə edilməməlidir".
Ənsari vasitəçilərin Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsini asanlaşdırmaq üçün yorulmadan çalışdıqlarını vurğulayaraq, həm yerində, həm də danışıqlar masasında baş verən hadisələrin əhəmiyyətli dərəcədə mürəkkəbliklər yaratdığını qeyd etdi.

O, Rəfah sərhəd keçid məntəqəsinin açılmasının danışıqların mərkəzində olduğunu bildirdi, Qəzzaya fasiləsiz yardım çatdırılmasının həyati əhəmiyyətini vurğuladı və bu məsələ ilə bağlı əlaqələrin davam etdiyini bildirdi.

Ənsari dedi: "Biz humanitar yardımın siyasi mübahisələrdə təzyiq və şantaj vasitəsi kimi istifadəsini qəti şəkildə rədd edirik."

Vasitəçilərin Qəzzada atəşkəs danışıqlarının ikinci mərhələsinə keçmək səylərinə toxunan Ənsari dedi: "Biz Qəzzada müharibəni dayandırmaq üçün razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsi üçün vaxt məhdudiyyəti qoymuruq. Mürəkkəbliklər davam edir və bu səylərin davam etdirilməsini zəruri edir."

Ənsari yekun olaraq dedi: "Qəzzada faciəli müharibəyə son qoymaq və hərtərəfli sülh prosesinə doğru irəliləmək üçün bütün gücümüzlə işləməyə davam edəcəyik."

Ənsari həmçinin bildirib ki, Qətər Venesueladakı böhranın sülh yolu ilə həllinə yönəlmiş istənilən beynəlxalq səyə töhfə verməyə hazırdır, Səudiyyə Ərəbistanının davam edən Yəmən dialoqunu dəstəkləmək səylərini alqışlayır və bu mövzuda Ər-Riyadın təşəbbüslərini dəstəkləməyə hazırdır.

Qəzza zolağında atəşkəs sazişinin birinci mərhələsi 10 oktyabr 2025-ci ildə qüvvəyə minib. Lakin İsrail müxtəlif bəhanələrlə sazişin ikinci mərhələsinə keçidi təxirə salıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
21
aia.az

1Mənbələr