Dünya üzrə azarkeş sayına görə ən populyar idman növlərinin siyahısı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, siyahıya 3,5 milyard azarkeşi olan futbol başçılıq edir.

Reytinq aşağıdakı kimidir:

  1. Futbol — 3,5 milyard azarkeş

  2. Kriket — 2,5 milyard azarkeş

  3. Basketbol — 2,2 milyard azarkeş

  4. Hokkey — 2 milyard azarkeş

  5. Tennis — 1 milyard azarkeş

  6. Voleybol — 900 milyon azarkeş

  7. Stolüstü tennis — 850 milyon azarkeş

  8. Beysbol — 500 milyon azarkeş

  9. Qolf — 450 milyon azarkeş

  10. Amerikan futbolu — 400 milyon azarkeş


Maraqlıdır ki, kriket və hokkey kimi idman növləri əsasən müəyyən regionlarda populyar olsa da, ümumi azarkeş kütləsi baxımından siyahıda çox yüksək pillələrdə qərarlaşıb.