Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.
Publika.az xəbər verir ki, “BT News” teleqram kanalı həmin sənədi dərc edib.
Artıq Azərbaycanın Baş Prokurorluğuna ünvanlandığı qeyd edilən məktubda bildirilir ki, “AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib”.
Sözügedən məktubla bağlı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib:
“Rusiya Federasiyasının İstintaq Komitəsi günahı “hava şəraitində” görürsə, cinayət işinə hansı əsasla xitam verir?