AZ

Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ilkin sənəd yayıldı » AzadMedia.az


Ukraynanın “İctimai. Xəbərlər” nəşri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ilkin sənəd layihəsini dərc edib. Sənədin yanvarın 6-da Parisdə keçiriləcək “istəklilər koalisiyası”nın görüşündə müzakirə olunacağı bildirilir.
Layihəyə görə, ABŞ Ukraynada atəşkəsin təmin olunmasına kəşfiyyat və logistika dəstəyi ilə kömək edəcək. Ukraynanın xahişi ilə birgə hərbi planlaşdırma aparılacaq. Məqsəd hava, dəniz və quru təhlükəsizliyini təmin etmək, eyni zamanda Ukrayna ordusunu bərpa etməkdir.
Sənəddə əsas rəhbər rolun Avropaya verildiyi qeyd olunur. ABŞ və digər “koalisiya” üzvləri isə bu prosesdə iştirak edəcəklər. Bildirilir ki, hücum baş verərsə, ABŞ təhlükəsizlik tədbirləri çərçivəsində dəstək göstərəcək və atəşkəsə nəzarət edəcək.
Əgər Rusiyanın Ukraynaya qarşı yeni hərbi addımları olarsa, “istəklilər koalisiyası”na daxil olan ölkələr sülhün və təhlükəsizliyin bərpasına yardım edəcəklər. Bu dəstək hərbi imkanlar, kəşfiyyat məlumatları, logistika, diplomatik addımlar və əlavə sanksiyaları əhatə edə bilər.
Qeyd olunur ki, bu sənəd yalnız ilkin variantdır və yekun mətndə dəyişikliklər mümkündür.
Xatırladaq ki, yanvarın 6-da Parisdə keçiriləcək sammitdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, digər Avropa liderləri, NATO-nun baş katibi Mark Rütte və alyansın hərbi nümayəndələri iştirak edəcək. ABŞ-ni xüsusi nümayəndə Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşner təmsil edəcək. Ukraynadan isə yüksək səviyyəli rəsmi şəxslərin qatılacağı bildirilir.
Seçilən
60
1
azadmedia.az

2Mənbələr