ain.az, Ayna portalına istinadən məlumat yayır.
“Brüssel lazım olduqda dünya nizamının məhv edilməsindən faydalanmaqdan və ondan öz məqsədləri üçün istifadə etməkdən çəkinmir”
“Venesuelada cəmi bir neçə dəqiqə davam edən əməliyyat Avropa İttifaqının artıq beynəlxalq nizamın qarantı və qlobal geosiyasi oyunçu kimi mövcud olmadığını, çox güman ki, heç vaxt mövcud olmayacağını təsdiqlədi”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili səsləndirib.
"Aydın oldu ki, Brüssel lazım olduqda dünya nizamının məhv edilməsindən faydalanmaqdan və ondan öz məqsədləri üçün istifadə etməkdən çəkinmir. Brüsselin Gürcüstana qarşı beynəlxalq hüququ pozan hərəkətləri bunun əyani sübutudur", - deyə o qeyd edib.
Spiker bildirib ki, Gürcüstan hökumətinin iki əsas məqsədi dəyişməz olaraq qalır: “Bunlar ölkənin ərazi bütövlüyünü bərpa etmək və gürcü xalqının rifahını təmin etməkdir. Ərazi bütövlüyü uğrunda mübarizədə siyasi sentimentallığa və illüziyalara yer yoxdur. Gürcüstanın ərazi bütövlüyünü tanımayan dövlət və hökumət heç vaxt gürcü xalqının dostu ola bilməz. Bu, fundamental həqiqətdir".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.