AZ

Rəsmi Ankaradan Suriyadakı SDQ qruplaşmasına sərt xəbərdarlıq: Silahları yerə qoyun!

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Rəsmi Ankara Suriyada PKK-nın  silahlı qolu kimi 80 minə yaxın silahlı dəstəni özündə birləşdirən Suriya Demokratik Qüvvələrinə (SDQ) daha bir sərt xəbərdarlıq edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Naziri Yaşar Gülər açıqalma verib.

O, öytən ilin mart ayının 10-da əldə olunan anlaşmaya zidd olaraq, ​​Suriya ordusuna inteqrasiyadan imtina edən SDQ-yə çağırış edib: "PKK və bütün əlaqəli qruplar Suriya da daxil olmaqla, yerləşdikləri bölgələrdə terror fəaliyyətlərini dərhal dayandırmalı və ləğv qərarına uyğun olaraq silahlarını qeyd-şərtsiz təhvil verməlidirlər. Bir daha qeyd etmək istəyirəm ki, heç bir terror təşkilatının bölgədə kök salmasına icazə verməyəcəyik".

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
mia.az

1Mənbələr