AZ

Metrodan istifadə etmədən bank kartlarından pul çıxılır? - Narahatlığa aydınlıq gətirildiVİDEO

Bəzi vətəndaşlar ictimai nəqliyyatdan istifadə etmədikləri halda bank kartlarından ödəniş çıxıldığını iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib. Qeyd olunub ki, onların bank hesablarından metroda gün ərzində NFC ödənişlər zamanı çıxılmalı olan məbləğdən əlavə pul çıxılır. Vətəndaşlar onu da iddia edirlər ki, bu ödənişlər əvvəlcədən alınmayan uğursuz ödənişlərin əvəzində deyil, istifadə etmədikləri halda avtomatik olaraq çıxılır.

Paylaşımlarda həmçinin o da bildirilib ki, NFC ödəniş üçün təyin edilməyən kartdan da ictimai nəqliyyat üçün ödənişlər tutulur.

Bəs vətəndaşlar ictimai nəqliyyatdan istifadə etmədikləri halda onların şəxsi bank kartlarından ödəniş çıxıla bilərmi?

Məsələ ilə bağlı banklardan şifahi olaraq bildirildi ki, metro keçidləri NFC/ QR ödənişlərinin texniki işlənməsi “Bakı Metropoliteni” və “BakıKart” sistemi tərərfindən həyata keçirilir. Bank yalnız təqdim edilən əməliyyat məlumatları əsasında məbləğin hesabdan çıxarılmasını icra edir. Bu səbəbdən, yaranmış vəziyyətin araşdırılması və dəqiqləşdirilməsi üçün vətəndaşlar "BakıKartla" əlaqə saxlamalıdırlar.

"BakıKart"dan isə bildirildi ki, tətbiq edilən ödəniş sistemi həm "birdəfəlik keçid imkanı", həm də gecikdirilmiş avtorizasiya prinsiplərini əhatə edir. "Birdəfəlik keçid" funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər, balans bərpa olunduqda ödəniş avtomatik tutulur.

O da qeyd edildi ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyədən də az müddətdə aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir. Bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
45
3
xezerxeber.az

6Mənbələr