AZ

"Mən kralam" deyərək, özünü bu mükafata layiq gördü

ABŞ prezidenti Tramp son açıqlamasında "Mən kralam, mənə "İlin Satış Məsləhətçisi" mükafatını verdilər" deyib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuelada prezident Maduro və həyat yoldaşının oğurlanması ilə nəticələnən ABŞ əməliyyatına münasibət bildirib.

Donald Tramp Venesuelaya müdaxilə zamanı demək olar ki, bütün ölkəni təsir edən elektrik kəsintisinə toxunaraq dedi: "Onlar elə o vaxt problem olduğunu anladılar. Yalnız şamları olanların işığı var idi".

ABŞ prezidenti Nikolas Maduro ilə bağlı açıqlamasında "O, zorakı adamdır. Səhnədə mənim rəqsimi təqlid etməyə çalışdı. Milyonlarla insanı öldürdü" deyib. Tramp həmçinin yeni ticarət siyasətlərinə diqqət çəkərək, onların tariflər vasitəsilə varlandıqlarını bildirib.

ABŞ prezidenti dedi: "Mən kralam. Hamıdan çox Boeing satmışam. Mənə "İlin Satış Məsləhətçisi" mükafatını verdilər."

Aytən Yaşar/ Turkustan.az

Seçilən
50
turkustan.az

1Mənbələr