AZ

Prezident Trampla oyun oynamayın!

ABŞ Dövlət Departamentinin hesabında abunəçilər tərəfindən Donald Tramp administrasiyası dövründə Vaşinqtonun xarici siyasətinin illüstrasiyaları kimi şərh edilən bir neçə paylaşım dərc edilib. Paylaşımlarda prezidentin tünd portretləri və qırmızı şriftlə yazılmış qısa şüarlar yer alıb: “Bu, bizim yarımkürəmizdir”, – deyə Donald Trampın posterində yazılıb.

Başlıqda Dövlət Departamenti əlavə edib: “Prezident Tramp təhlükəsizliyimizin təhdid olunmasına icazə verməyəcək”, “Prezident Trampla oyun oynamayın”. Dövlət Departamentinin dizaynerləri bu posteri bir neçə versiyada, başlıqlar fars və rus dillərinə tərcümə olunmaqla təqdim ediblər.

Bu paylaşımlar departamentin rəsmi Rusiya və İran hesablarında yerləşdirilib. Rusdilli auditoriya üçün olan paylaşıma “Prezident Tramp hərəkətli insandır. Bilmirdinizmi? İndi bilirsiniz” – başlığı əlavə edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
71
editor.az

1Mənbələr