AZ

İranda etirazlar zamanı neçə nəfər ölüb?

iranda
İranda kütləvi etirazlar başlayandan bəri azı 25 nəfərin öldüyü deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” insan haqları fəallarına istinadən məlumat yayıb.
“Hengaw” insan haqları təşkilatının məlumatına görə, ölən 25 nəfərdən dördünün yaşı 18-dən azdır. HRANA hüquq-mühafizə qrupu iki hüquq-mühafizə əməkdaşı da daxil olmaqla 29 nəfərin öldüyünü bildirir. Qeyd edilib ki, 1200-dən çox adam həbs edilib.
İran hakimiyyəti saxlanılan və ya öldürülən etirazçılarla bağlı rəsmi rəqəmlər təqdim etməyib, yalnız iki hüquq-mühafizə əməkdaşının ölümünü təsdiqləyib.
Seçilən
22
yeniavaz.com

1Mənbələr