AZ

Trampın yoldaşı onun rəqs etməsinəqarşıdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, həyat yoldaşı, ABŞ-nin birinci xanımı Melaniya Tramp onun rəqs etməsinə qarşıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Trampın açıqlamasının yer aldığı video "Fox News" telekanalı tərəfindən paylaşılıb.

Donald Trampın sözlərinə görə, Melaniya onun rəqs etməsindən xoşlanmır və tez-tez ona:

“Əzizim, bu, prezidentə yaraşan hərəkət deyil”, - deyir. Tramp həyat yoldaşının bu mövqeyini sitat gətirərkən dişlərini sıxaraq, onun narazılığını mimika ilə canlandırıb.

ABŞ prezidenti bu qeyri-adi qadağanı Melaniyanın çox ciddi və zərif xarakterə malik olması ilə izah edib. Bununla belə, Donald Tramp etiraf edib ki, bu arqumentlə razılaşmaqda çətinlik çəkir, çünki o artıq prezidentdir.

Aytəkin TOFİQQIZI

Seçilən
70
1
redaktor.az

2Mənbələr