Dünya futbolunun əfsanəvi müdafiəçilərindən olan Serxio Ramos karyerasını yenidən Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Fransanın "Paris" klubu son günlərdə ispaniyalı ulduz futbolçunu heyətinə qatmaq üçün ciddi cəhdlər edir.
"365scores"un məlumatına görə, klubun rəhbər şəxsləri artıq təcrübəli müdafiəçinin nümayəndələri ilə ilkin təmaslara başlayıblar.
Bu keçidin reallaşacağı təqdirdə, Ramosun Paris klubunda müdafiə xəttinin liderinə çevriləcəyi gözlənilir.