AZ

1 balıq üçün 3 milyon ödədi

Tokionun Toyosu balıq bazarındakı hərracda nəhəng mavi qanadlı tuna balığı 3.2 milyon dollara satılıb.Metbuat.az xəbər verir ki, 243 kq çəkisi olan balıq üçün ən yüksək təklifi "Sushi Zanmai" restoran şəbəkəsinin sahibi Kiyoşi Kimura irəli sürüb. "Tuna Kralı" kimi tanınan Kimura, 2019-cu ildəki əvvəlki rekordunu üstələyib. Hərracdan sonra jurnalistlərə danışan Kimura, qiymətin gözləniləndən daha sürətli artdığını, lakin belə yüksək keyfiyyətli balığı əldən vermək istəmədiyini bildirib.

Qeyd edək ki, Yaponiyanın şimalındakı Oma sahillərində tutulan mavi qanadlı tuna xüsusi balığı, ölkənin ən yaxşı tunalarını idxal edən bölgədən gəldiyi üçün böyük maraq doğurur.

Seçilən
84
metbuat.az

1Mənbələr