“Bornmut”un hücumçusu Antuan Semenyo “Mançester Siti”yə keçidi ərəfəsində tibbi müayinədən keçəcək.
90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, tibbi baxış 8 yanvarda baş tutacaq.
Daha əvvəl yayılan xəbərlərə görə, “Mançester Siti” futbolçunun “Bornmut”la müqaviləsində nəzərdə tutulan 65 milyon funt sterlinq (təxminən 74,8 milyon avro) məbləğində sərbəstqalma haqqını ödəməyə razılaşıb.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 25 yaşlı Antuan Semenyo 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin İngiltərə Liqa Kubokunda bir oyunda meydana çıxsa da, həmin görüşdə nəticə ilə fərqlənməyib.