AZ

Moskva klubunda yeni təyinat

“Spartak”ın yeni baş məşqçisi məlum olub.

"Football-plus.az" xəbər verir ki, Moskva klubunu bundan sonra Xuan Karlos Karsedo çalışdıracaq. Paytaxt klubunun mətbuat xidmətinin məlumatına görə, ispaniyalı mütəxəssislə müddəti 2028-ci ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Karsedonun sonuncu iş yeri “Pafos” olub. 52 yaşlı məşqçi yanvarın 4-də Cənubi Kipr klubundan ayrılıb.

Seçilən
41
football-plus.az

1Mənbələr