AZ

Dəm qazı iki qadının həyatına son qoyduVİDEO

Telefon zənglərinə cavab verməyən qadının evdə meyiti aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qusarın Balaqusar kəndində baş verib.

Kənd sakini, 56 yaşlı Sahibə Əmiraslanovanın dəm qazından boğularaq öldüyü bildirilir.

Məlumata görə, Sahibə Əmiraslanova Qusar Rayon Mərzəkəzi Xəstəxanasında çalışıb. İş yerinə gəlməyən qadının telefonuna zəng edilsə də, cavab verilməyib. Daha sonra bu barədə doğmalarına xəbər verilib. Evdə tək yaşayan qadının yaxınları mənzilə daxil olanda isə onun cansız bədəni ilə rastlaşıbar.

Cəlilabadda da qadın dəm qazından boğularaq ölüb. Hadisə rayonun Üçtəpə kəndində baş verib. Kənd sakini, 23 yaşlı Şükran İsayeva yaşadığı evin hamamında dəm qazından boğulub. Onun meyitini yaxınları aşkarlayıblar. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
39
xezerxeber.az

1Mənbələr