AZ

Əlcəzair Konqonu məğlub edərək 1/4 finala yüksəldi

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Əlcəzair və DR Konqo milli komandaları üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada 1:0 hesablı qələbə qazanan Əlcəzair yığması növbəti mərhələyə yüksəlib.

Matç Mərakeşin Rabat şəhərində yerləşən “Mula Əl-Hassan” stadionunda keçirilib. Görüşün baş hakimi Misirdən olan Məhəmməd Maaruf olub.

Oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Qarşılaşmanın taleyini əlavə vaxtda həll edən Adil Bulbina 119-cu dəqiqədə vurduğu qolla Əlcəzairə qələbə qazandırıb.

Bu nəticədən sonra Əlcəzair millisi 1/4 finalda Nigeriya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku–2025 Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edir. Yarış yanvarın 18-dək davam edəcək. Turnirin son qalibi 2023-cü ildə keçirilən Afrika Millətlər Kubokunun finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuar yığmasıdır.

Seçilən
37
90deqiqe.az

1Mənbələr