AZ

İndoneziyada daşqınlarda 16 nəfər ölüb

İndoneziyada daşqınlarda 16 nəfər ölüb

İndoneziyanın Şimali Sulavesi əyalətində təsirli olan güclü yağışların yaratdığı daşqınlar nəticəsində 16 nəfərin həyatını itirdiyi bildirilib.

İndoneziyada günlərdir davam edən və güclü daşqınlara səbəb olan musson yağışları gündəlik həyata mənfi təsir göstərir.

Suyun səviyyəsinin azalması ilə xilasetmə qruplarının 16 nəfərin cəsədini tapdığı qeyd olunub. Rəsmilər itkin düşən 3 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

Rəsmilərin məlumatına görə, azı 7 evi sel suları dağıdıb, 140 təsərrüfat zərər görüb, daşqın nəticəsində 680-dən çox sakin müvəqqəti olaraq ictimai məkanlara təxliyə edilib.

Şimali Sulavesi əyalətinin Sitaro adaları bölgəsində baş verən daşqınlar zamanı 25 nəfərin xəsarət almasının ardından yardım və təxliyə işləri ilə yanaşı, infrastrukturun bərpasını sürətləndirmək məqsədilə 14 günlük “fövqəladə vəziyyətə cavab tədbirləri dövrü” elan edilib.

Bölgə sakinlərinə qarşıdakı günlərdə daha güclü yağışların ola biləcəyi, bununla əlaqədar sel və torpaq sürüşməsi riskinin davam etdiyi barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, İndoneziyanın Sumatra adasında 2025-ci ilin noyabr ayından etibarən təsirli olan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 1177 nəfər həyatını itirib.

Seçilən
75
afn.az

1Mənbələr