AZ

Ağsuda maşın aşdı - Ölən var

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, 1994-cü il təvəllüdlü Orucov Faiq Şükür oğlu və avtomobildə olan digər şəxslər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Avtomobildə olan 2002-ci il təvəllüdlü, Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır./Qafqazinfo

Seçilən
94
1
bakivaxti.az

2Mənbələr