AZ

Ukraynanın istədiyi BAŞ VERDİ

"Könüllülər koalisiyası"nın üzvləri ABŞ-dan dəstək alan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədini təqdim ediblər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov "X" sosial media platformasında məlumat verib.

O qeyd edib ki, Vaşinqton güclü təhlükəsizlik zəmanətlərinin və iqtisadi öhdəliklərin davamlı sülhün açarı olduğu yanaşması ilə razıdır.

ABŞ-ın xüsusi nümayəndəsi açıqlamasında bildirib ki, "koalisiya həmçinin təhlükəsizlik zəmanətləri üçün çərçivə arxitekturasını müəyyən edən sənəd yayımlayıb".

Yanvarın 6-da Parisdə "könüllülər koalisiyası"nın zirvə görüşü keçirilir. Zirvə toplantısına Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, digər Avropa liderləri, NATO-nun baş katibi Mark Rutte və alyansın Avropadakı ABŞ qüvvələrinə komandanlıq edən hərbi elçisi Aleksus Qrinkeviç daxildir.

Seçilən
86
publika.az

1Mənbələr