AZ

''Fənər'' 10 ildən sonra öz yetirməsini geri qaytarır

''Fənərbaxça'' ''Beşiktaş''dan sabiq futbolçusu Mərt Günoku heyətinə qatmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, Mərt Günok ilə Nəcip Uysal artıq ''Beşiktaş''a lazım deyil. Hər iki futbolçu baş məşqçi Sərgən Yalçının tələbi ilə əsas komandadan kənarlaşdırılıb.

Türkiyə mətbuatının yazdığına inansaq, ''sarı-lacivərdlilər'' 36 yaşlı qapıçı və onun meneceri ilə anlaşma əldə edib. Tərəflər arasında ilyarımlıq müqavilə imzalanacağı gözlənilir. Müqavilədə bir diqqətçəkən maddə də yer alacaq. Mərt müəyyən sayda oyuna çıxsa, onun müqaviləsi avtomatik birillik yenilənəcək. Transferin ən qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Mərt Günok ''Fənərbaxça''nın öz yetirməsidi və klubdan hələ 2015-ci ildə ayrılıb. Beləcə təcrübəli əlcək sahibi 10 ildən sonra öz doğma klubuna qayıtmaq üzrədi.

Seçilən
73
1
football-plus.az

2Mənbələr