Nobel Ədəbiyyat Mükafatı laureatı Orhan Pamukun “Masumiyyət Muzeyi” romanı əsasında çəkilən eyniadlı serialın fevralın 13-də “Netflix” platformasında nümayiş olunacağı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, “Netflix”in yaydığı məlumata görə, 60-dan çox dilə tərcümə edilərək milyonlarla oxucu qazanan roman və çoxsaylı ziyarətçini qəbul edən eyniadlı muzey 9 seriyadan ibarət ekran işi üçün əsas götürülüb. Serial dünyanın bütün ölkələrində eyni vaxtda yayımlanacaq.
Layihənin rejissoru Zeynəb Günay, ssenari müəllifi isə Ertan Kurtulandır.
“Ay Yapım” şirkətinin istehsalı olan serialda baş rolları Selahattin Paşalı və Eylül Lize Kandemir canlandırırlar.
Aktyor heyətində həmçinin Oya Unustası, Tilbe Saran, Bülənt Emin Yarar, Gülçin Kültür Şahin və Ercan Kesal da yer alır.
Ekran işi 1970-ci illərin İstanbulunda imkanlı bir ailənin oğlu Kamal ilə uzaq qohumu Füsun arasında başlayan gərgin münasibətləri əks etdirir. Serial sevgi, xoşbəxtlik, asılılıq, həsrət və əldən çıxmış fürsətlər mövzularını çoxqatlı bədii dil ilə tamaşaçıya təqdim edəcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız