ABŞ ən mürəkkəb münaqişələrdən biri hesab etdiyi Ukraynadakı münaqişənin həlli çərçivəsində ərazi məsələsində güzəştə gediləcəyinə ümid edir.
Teleqraf xəbər verir ki, bunuAğ Evin xüsusi nümayəndəsi Stiv Uitkov bildirib.
Xüsusi nümayəndə əlavə edib ki, danışıqları davam etdirmək üçün bu axşam müşaviri Cared Kuşnerlə birlikdə Ukrayna nümayəndə heyəti ilə ayrıca görüş keçirəcək.
"Bu axşam Ukrayna nümayəndə heyəti ilə görüşəcəyik və işimizi davam etdirəcəyik. Prezident Tramp Ukraynada sülhün bərqərar olmasını istəyir. Və biz onun adından bu sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməkdə qərarlıyıq" - Uitkoff deyib.