AZ

Şəkidə qadın çay dərəsinə yıxılıb, xilasedicilər tərəfindən xilas edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəkişəhəri ərazisində vətəndaşın çay dərəsinə yıxılaraq köməksizvəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verirki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumatyayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsininyanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1952-ci iltəvəllüdlü M. Əzəmmədova təxminən 30 metr hündürlükdən çayındərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraqköməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə qadını çaydərəsindən çıxararaq xilas edib və təcili tibbi yardım briqadasınatəhvil veriblər.

Seçilən
95
7
az.trend.az

10Mənbələr