AZ

Zelenski həmin bəyannaməni imzaladı FOTO

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb.

Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır. Qüvvələrin tərkibi və yerləşdirilmə müddəti barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, Parisdə Yelisey sarayında 27 ölkədən çox nümayəndənin iştirakı ilə “İstəklilər koalisiyası”nın görüşü baş tutub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
5
cebheinfo.az

7Mənbələr