GlobalInfo saytına istinadən ain.az xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini general Əhməd Vəhidi ABŞ və regional proseslərlə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, SEPAH-ın Qüds qanadının ABŞ tərəfindən öldürülən sabiq komandanı Qasım Süleymaninin fəaliyyətinə toxunub.
Vəhidi bildirib ki, Süleymani İraqdakı yezidi xalqını da eyni inam və qətiyyətlə müdafiə edib. Vəhidi qeyd edib ki, bu yanaşma onun yalnız müsəlmanlar arasında deyil, xristian icmaları tərəfindən də sevilməsinə səbəb olub.
General vurğulayıb ki, SEPAH özünü “şəhidlər məktəbi”nin davamçısı hesab edir və heç bir təzyiq qarşısında geri çəkilməyəcək. Onun sözlərinə görə, xalqlar getdikcə daha çox anlayırlar ki, müstəqil olmalı və Amerikanın hökmranlığına tabe olmamalıdırlar.
Əhməd Vəhidi əlavə edib ki, İran xalqının sarsılmaz mövqeyi sayəsində gələcək İslama və İran millətinə məxsus olacaq və düşmənin təzyiq və hədələrindən qorxmağa əsas yoxdur.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.