GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədi daşıyan mümkün əməliyyatının qlobal miqyasda ciddi fəsadlara yol aça biləcəyi barədə xəbərdarlıqlar edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Siyasi strateq Viktor Kozlov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu cür addımlar dəhşətli nəticələrə səbəb ola biləcək III Dünya müharibəsinin alovlanmasına təkan verəcək.
Kozlov bildirir ki, ABŞ-ın edəcəyi cüzi bir səhv belə vəziyyəti nəzarətdən çıxara bilər və Rusiya ilə Çin Vaşinqtonun bu davranışlarına dözməyəcək. Onun sözlərinə görə, ABŞ-ın beynəlxalq hüquqa selektiv yanaşması xaos və özbaşınalıq yaradır və uzunmüddətli perspektivdə faciəvi nəticələrə gətirib çıxara bilər.
Siyasətçi vurğulayır ki, böyük münaqişələr çox vaxt gözlənilməz və qəfil hadisələr nəticəsində başlayır. Onun fikrincə, mümkün qlobal qarşıdurma sürətli, qəddar və geri dönüşü olmayan xarakter daşıya, siyasi və humanitar normaları tamamilə arxa plana ata bilər.
“Hətta insanlar belə qəddarcasına öləcək. Belə bir müharibə yeni dünya quruluşu yarada bilər”, – Kozlov əlavə edib.
Bundan əvvəl “Politico” nəşri bildirib ki, ABŞ-ın atdığı hər uğurlu addım Donald Tramp administrasiyasının daha sərt və riskli siyasət yürütməsinə stimul verir. Ağ Evin Meksika, Kuba və Danimarka ilə bağlı təhdidedici bəyanatları, eləcə də İran və Rusiya istiqamətində sərt ritorikası buna nümunə kimi göstərilir.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.