Karakasda Nikolas Maduronun həyat yoldaşı Siliya Floresə dəstək ifadə edən qadın mitinqi keçirilir.
Publika.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Xatırladaq ki yanvarın 3-də Venesuela Prezidenti və həyat yoldaşı ABŞ tərəfindən təxliyə edilərək məhkəmə üçün Amerikaya gətirilib. Mediada Floresin qabırğalarının sınığı ehtimalı ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, bir gün əvvəl minlərlə Venesuela vətəndaşı ABŞ hökumətinin hərəkətlərinə etiraz olaraq küçələrə çıxmışdı.