"Prezident müsahibədə Azərbaycanı Mərkəzi Asiya ilə Qərb arasında nəqliyyat və logistik əlaqə üçün əsas körpü kimi təqdim edib. Bu nüans, ölkənin nəqliyyat sektorunu yalnız daxili tranzit kimi deyil, beynəlxalq logistika marşrutlarının vacib hissəsi kimi gətirir".
QHT.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, bu yanaşma Azərbaycanı “Şərqdən Qərbə” ticarət axınında əsas keçid nöqtəsi kimi möhkəmləndirir və ölkənin yükdaşıma həcmlərinin artmasına səbəb olacaq. Eyni zamanda, neft və qaz kimi enerji resurslarının daşınmasından başqa çəki konteyneri, məhsul və xidmətlərin çatdırılması logistikası kimi yeni sahələrə diqqət çəkir:
"Prezidentin müsahibəsində səslənən bəzi konkret layihələrdən bəziləri aşağıdakılardır:
- Naxçıvan–Türkiyə dəmir yolu xəttinin yaradılması – regional logistik müstəvidə böyük əhəmiyyətə malik layihədir.
- Araz üzərində yeni körpü tikintisi – nəqliyyat əlaqələrinin enerjili inkişafı üçün əsas element.
-Azərbaycanın regional tranzit potensialının yüksəldilməsi, xüsusilə C5 (Mərkəzi Asiya ölkələri) – C6 istiqamətinin genişləndirilməsi siyasəti.
Bu müsahibədə nəqliyyat və loqistika məsələləri yalnız infrastruktur layihələri kimi deyil, diplomatik və iqtisadi strategiya kimi də təqdim olunub:
Azərbaycanın qlobal aktorlarla əməkdaşlıq sahəsindəki mövqeyi (ABŞ, Çin və digər tərəfdaşlarla əməkdaşlıq) nəqliyyat və logistikaya təsir edir.
Bu baxımdan, infrastruktur layihələri həm də siyasi əlaqələrin gücləndirilməsi alətinə çevrilir.
Prezidentin müsahibəsi nəqliyyat və loqistika sahəsini yalnız məhsuldar infrastruktur layihələri kimi deyil, həm də strateji geosiyasi aktiv kimi təqdim edilir.
Bu yanaşma Azərbaycana həm regiondaxili, həm də qlobal tranzit oyunuçu imici qazandırır və ölkənin iqtisadi gəlirlərini artırmaq üçün yeni imkanlar yaradır".