AZ

Efiopiyada dəhşətli qəza 22 ölü, 65 yaralı

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Efiopiyanın şimal-şərqindəki Afar bölgəsində qeyri-qanuni miqrantları daşıyan yük maşınının aşması nəticəsində dəhşətli qəza olub.

525.az “BBC news”a istinadən xəbər verir ki, qəza səhər saatlarında Afar bölgəsinin Semera şəhərində baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 65 nəfər yaralanıb.

Afar bölgəsinin yüksək rütbəli rəsmisi Məhəmməd Əli Biedo bildirib ki, yük maşınının göyərtəsində təxminən 90 efiopiyalı miqrantın olub. Onun sözlərinə görə, yaralılardan 30-nun vəziyyəti ağırdır.

Hökumət yaralıların həyatını xilas etmək üçün bütün resursları səfərbər edib. Gəncləri insan alverçilərinə qarşı xəbərdar edən rayon rəhbərliyi belə faciələrin baş verməməsi üçün bütün qurumlar və hüquq-mühafizə orqanları ilə birgə səylərini davam etdirəcəklərini bildirib. Sözügedən marşrut adətən Efiopiyadan, Cibutidən keçərək, Qırmızı dənizdən Yəmənə, oradan isə Səudiyyə Ərəbistanına və digər Yaxın Şərq ölkələrinə keçir.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
525.az

1Mənbələr