“Çelsi” yeni baş məşqçisini açıqlayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Liam Rozenyor təyin edilib.
41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.
Rozenyorun məşqçilik karyerası əsasən İngiltərənin aşağı liqaları ilə bağlı olub.
O, daha əvvəl “Derbi Kaunti” (1-ci liqa) və “Hall Siti” (Çempionşip) klublarında çalışıb. 2024-cü ildən isə Fransada “Strasburq”a rəhbərlik edib.
"Çelsi” əvvəlki məşqçi Enzo Mareskanı istefaya göndərdikdən sonra bu vəzifə boş idi.