AZ

100 yaşlı Minəbəyim nənə yubileyini xəstəxanada qeyd etdi - Video

100 yaşlı Minəbəyim nənə ad gününü xəstəxanada qeyd edib.

"Yeni Sabah" xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən Minəbəyim nənə 2025-ci ilin iyul ayından Respublika Klinik Xəstəxanasının Hemodializ şöbəsində dializ müalicəsi alır.

Onun 5 övladı, 15 nəvəsi, 27 nəticəsi və 2 kötücəsi var.

"Artıq nəvəm də var, kötücəm də. Özümü yaxşı hiss edirəm, yeyirəm, içirəm. Nəvəm mənə baxır. Buradakıların hamısını çox istəyirəm, mənə yaxşı qulluq edirlər. Üzərimdəki döş nişanlarını isə Heydər Əliyev şəxsən mənə verib. Məni Şamaxıya çağırdılar, orada təqdim etdilər", - deyə Minəbəyim nənə bildirib.

Nevroloq Nahidə Əliyeva isə qeyd edib ki, Minəbəyim nənənin vəziyyəti orta ağır, stabil olaraq qiymətləndirilir:

"Xəstə həftədə 3 dəfə, hər biri 4 saat olmaqla hemodializ seansları qəbul edir. Bu, daimi davam edən bir prosesdir. Adətən özünü yaxşı hiss edir, ciddi şikayətləri müşahidə olunmur".


Telegram kanalımız
Seçilən
70
1
yenisabah.az

2Mənbələr