AZ

İtaliya A Seriyası: Yuventus üç cavabsız qolla qələbə qazandı

ain.az, Oxu.az saytına istinadən bildirir.

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində "Yuventus" "Sassuolo"nun qonağı olub.

Oxu.Az xəbər verir ki, matç Turin təmsilçisinin mütləq üstünlüyü ilə keçib və 0:3 hesabı ilə başa çatıb.

Muharremoviçin avtoqolu (16), Miretti (62) və Devidin (63) dəqiq zərbələri sayəsində "Qoca sinyora" meydançadan qalib ayrılıb.

Hazırda "Yuve" aktivindəki xalları 36-ya çatdırıb və yarış cədvəlində 4-cü sırada qərarlaşıb. Onun rəqibi isə 23 xalla ilk onluğu qapayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
oxu.az

1Mənbələr