AZ

İran hökuməti vətəndaşlara yardım edəcək: Ayda 20 dollar

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İran hökuməti ölkədə bahalaşma fonunda vətəndaşlara aylıq yardım verəcək.

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani açıqlama verib.

Onun sözlərinə görə, yaxın 4 ay ərzində İranın bütün vətəndaşları iqtisadi təzyiqlərin azaldılması məqsədilə hər bir nəfərə aylıq 1 milyon tümən (təxminən 20 ABŞ dolları) məbləğində yardım alacaq.

Mühacirani əlavə edib ki, sözügedən məbləğ artıq hər bir ailə başçısının hesabına köçürülüb və bahalaşmanın insanların satınalma gücünə təzyiqini azaltmaq üçün yaxın günlərdə istifadə ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
oxu.az

2Mənbələr