Bakı. Trend:
Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət Departamentindənyaxın gələcəkdə Dövlət katibi Marko Rubio ilə görüş təşkil etməsiniistəyiblər.
Trend-inməlumatına görə, bunu Qrenlandiyanın xarici işlər naziri VivianMotzfeldt bildirib.
Nazir Facebook səhifəsində yazıb ki, tərəflər görüş zamanı“ABŞ-ın Qrenlandiya ilə bağlı vacib açıqlamalarını müzakirəedəcəklər”.
O həmçinin qeyd edib ki, Danimarka və Qrenlandiya əvvəllər“dəfələrlə 2025-ci ildə xarici işlər nazirləri səviyyəsində görüştələb etsələr də”, Rubio hələlik Qrenlandiya hökuməti ilə görüşəbilməyib.