AZ

"Turan Tovuz"a Antalyada “HƏ” dedilər - Rumınlar və polşalılar

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 10-da "Turan Tovuz" Rumıniya təmsilçisi “Hermanştadt”la qarşılaşacaq.Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə rəqibPolşa təmsilçisi“Poqon” olacaq.

Oyunların başlama saatı ilə bağlı hələlik məlumat verilməyib.

Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini Antalyada davam etdirəcək.

Seçilən
60
sportinfo.az

1Mənbələr