Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin daha daazalmasına nail olmaq niyyətində olduğunu açıqlayıb.
Trend xəbər verirki, bu barədə Tramp ABŞ Konqresinin Nümayəndələr PalatasındaRespublikaçılar fraksiyasının üzvləri qarşısında çıxışı zamanıdanışıb.
Amerika lideri bildirib ki, yaxın vaxtlarda neft şirkətlərininnümayəndələri ilə görüş keçirməyi planlaşdırır. “Mən neftşirkətləri ilə görüşəcəyəm. Söhbətin nədən getdiyini bilirsiniz.Biz daha çox neft hasil etməliyik ki, bu da qiymətlərin daha daaşağı düşməsinə imkan verəcək”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonda hakimiyyətdə olduğu təxminənbir il ərzində enerji daşıyıcılarının qiymətləri əhəmiyyətlidərəcədə azalıb. Tramp televiziya kanallarında səsləndirilənməlumatlarla razılaşmayaraq bildirib ki, qiymətlərin cəmi 3 faizazalması ilə bağlı deyilənlər reallığı əks etdirmir.
Prezidentin iddiasına görə, əvvəllər ABŞ-də benzinin bir qallonu3,50–4 dollar arasında olduğu halda, hazırda bir çoxyanacaqdoldurma məntəqələrində bu göstərici 1,99 dollara enib. “Vəqiymətlər daha da aşağı düşəcək”, – deyə o əlavə edib.
Tramp həmçinin ABŞ-də dərman vasitələrinin qiymətlərininazaldılması məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə dəgörüş keçirmək niyyətində olduğunu bildirib.