AZ

Venesuela ABŞ-a 50 milyon barrelə qədər neft TƏHVİL VERƏCƏK

ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətinin hazırda sanksiyalar altında olan 30-50 milyon barel yüksək keyfiyyətli nefti ABŞ-a köçürəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə sahibi olduğu "Truth Social" sosial media platformasında məlumat verib.

Tramp neftin bazar dəyəri ilə satılacağını və əldə edilən gəlirin ABŞ Prezidenti kimi onun nəzarəti altında olacağını dəqiqləşdirib.

Onun sözlərinə görə, bu pul həm Venesuela, həm də ABŞ xalqlarının xeyrinə istifadə olunacaq.

Seçilən
72
publika.az

1Mənbələr