Bakı. Trend:
İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted” və “NottinqemForest” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
Trend xəbər verirki, oyun 2:1 hesabı ilə “Nottinqem Forest”in qələbəsi iləyekunlaşıb.
Matçın 13-cü dəqiqəsində Murilo topu öz qapısına göndərərəklondonluları hesabda irəli çıxarıb. Lakin 55-ci dəqiqədə NikolasDominqes bərabərlik qolunu vurub. Qarşılaşmanın taleyini isə 89-cudəqiqədə penaltidən fərqlənən Morqan Gibbs-Uayt həll edib.
Bu nəticədən sonra “Vest Hem Yunayted” 14 xalla Premyer Liqaturnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Nottinqem Forest” isə21 xalla 17-ci yerdədir.