Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio və Argentinanın xarici işlərnaziri Pablo Kirno çərşənbə axşamı telefon danışığı zamanıVaşinqtonun Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatı müzakirəediblər.
Trend-inməlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuatkatibinin müavini Tommi Piqottun yazılı bəyanatında bildirilib.
Bəyanata əsasən, Marko Rubio söhbət zamanı ABŞ-nin Venesuelayaqarşı atdığı addımlar barədə məlumat verib və bu fəaliyyəti“hüquq-mühafizə sahəsində dəqiq əməliyyat” kimi qiymətləndirib. O,həmçinin Argentinanın narkoterrorizmə qarşı mübarizədə və regiondatəhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davamlıəməkdaşlığına görə Pablo Kirnoya təşəkkür edib.
Tommi Piqottun sözlərinə görə, Marko Rubio həmin gün BelçikanınBaş nazir müavini və xarici işlər naziri Maksim Prevo ilə keçirdiyigörüşdə də Venesueladakı vəziyyəti müzakirə edib. Görüş zamanıtərəflər narkotiklərin yayılmasına qarşı mübarizədə əməkdaşlığınəhəmiyyəti, eləcə də Qəzza zolağı ilə bağlı sülh danışıqlarınıngedişi ətrafında fikir mübadiləsi aparıblar.