AZ

Putin Milad bayramı gecəsini müharibə veteranlarıı ilə birlikdə qeyd edib

Rusiya lideri hərbçilər və onların ailələri ilə birgə Milad ayinində iştirak edib...

Rusiya prezidenti Vladimir Putin Milad bayramını Moskva vilayətində yerləşən Müqəddəs Georgi məbədində Rusiya müharibə iştirakçıları və onların ailələri ilə birlikdə keçirib.

Poliqon xəbər verir ki, Milad ibadətindən görüntülər Kremlin rəsmi Telegram kanalında yayımlanıb.

Paylaşılan kadrlardan görünür ki, dövlət başçısı hərbi qulluqçular və onların ailə üzvləri ilə yanaşı dayanıb. Putinin yaxınlığında üç Rusiya Qəhrəmanı olan hərbçi yer alıb. Ayin Milad ənənələrinə uyğun olaraq sakit və rəsmi ab-havada keçirilib.

Xatırladaq ki, dekabrın 31-də Yeni il münasibətilə xalqa müraciətində Vladimir Putin rusiyalıların xüsusi hərbi əməliyyat iştirakçılarına və Rusiyanın qələbəsinə inandığını bildirib. Prezident vurğulayıb ki, SVO-da iştirak edən hərbçilər doğma torpağı, həqiqəti və ədaləti qorumaq məsuliyyətini öz üzərlərinə götürüblər.

Bundan əlavə, dekabrın 10-da, Vətən Qəhrəmanları Günündə Vladimir Putin Böyük Kremlin Sarayının Georgi zalında Rusiya Qəhrəmanlarına “Qızıl Ulduz” medallarını təqdim edib. Dövlət başçısı çıxışında qeyd edib ki, hər bir mükafatın arxasında Vətənə xidmətin, borca sədaqətin və fədakarlığın unikal hekayəsi dayanır.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr