Bakı. Trend:
Filippin sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verirki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Santyaqo şəhərindən27 kilometr şərqdə, əhalisi təxminən 150 min nəfər olan ərazidəyerləşib. Zəlzələ ocağı 58 kilometr dərinlikdə olub.
Hazırda tələfat və ya dağıntılar barədə məlumat daxil olmayıb.Sunami təhlükəsi elan edilməyib.