Britaniya media korporasiyası "BBC"-nin 7 yanvarda "HRANA" agentliyinin insan haqları fəallarına istinadla verdiyi məlumata görə, son 10 gündə İranda baş verən kütləvi etirazlarda ən azı 36 nəfər həlak olub.
Moderator.az "NV" kanalının yaydığı xəbərə əsasən bildirir ki, fəalların məlumatına görə, təsdiqlənmiş ölüm hallarından 34-ü etirazçılar, ikisi isə təhlükəsizlik qüvvələri arasında olub.
Bu arada, İran hakimiyyəti 3 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib.
"HRANA" həmçinin iğtişaşlar zamanı 60-dan çox etirazçının yaralandığını və 2076 nəfərin həbs olunduğunu bildirib. "BBC Fars" jurnalistləri indiyə qədər 20 nəfərin ölümünü və şəxsiyyətini təsdiqləyiblər.